DÜNYA

06 Sentyabr

Avropada elektrik enerjisinin qiyməti rekord həddə BAHALAŞDI

Avropanın elektrik enerjisinin qiymət göstəricisi, təbii qaz və karbon emissiyası icazə qiymətlərinin artması ilə 2008 -ci ilin səviyyəsindən yüksələrək yeni bir rekord qırıb. 

Fins.az xəbər verir ki, Avropa elektrik qiymətlərinin göstəriciləri olan Alman-Avstriya elektrik qiymətləri, təbii qaz və karbon emissiyasına icazə verilən qiymət artımından sonra maliyyə böhranı zamanı əldə edilən səviyyədən yükəslərək, yeni rekord qırıb. Digər tərəfdən, Citigroup, Avropada elektrik qiymətlərinin təxminən 20 % bahalaşa biləcəyini bildirir.

Epidemiyanın ağır dövründən sonra təbii qaz bazarında qlobal enerjiyə tələbatın artması və tədarük problemi elektrik enerjisi istehsal xərclərinin artmasına səbəb oldu. İstiliyin artması və küləyin sürətinin azalması həm də bərpa olunan enerji istehsalını məhdudlaşdırdığı üçün Avropada bu il tələbatın artması səbəbindən kömür qiymətləri 80 %-dən çox bahalaşıb.