DÜNYA

06 Sentyabr

Fransadan İrana mühüm təklif

Fransa Prezidenti Emmanuel Makron və iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Fins.az xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Makron iki ölkə arasında əlaqələrin inkişafı və əməkdaşlığın dərinləşməsi gərəkdiyini bildirib.

Öz növbəsində İran prezidenti də Makronun təklifini məmnuniyyətlə qarşılayıb:

“İran Avropa, o cümlədən Fransa ilə hərtərəfli qarşılıqlı əlaqələrə başlamağa hazırdır”.