DÜNYA

06 Sentyabr

Dövlət satınalma xərcləri 11% artıb

Çində mal və xidmətlərin satın alınması üçün açıq tenderlərə xərclənən məbləğ 2019 -cu ilə nisbətən keçən il 11% artıb. 
Fins.az-ın məlumata görə, Çin xəbər agentliyi Shinhua -nın xəbərə görə, Maliyyə Nazirliyi 2020 -ci ildə ictimai tenderlərə xərclənən məbləğin 3,7 trilyon yuan (572,5 milyard dollar) olduğunu açıqlayıb. 

Tenderlərə xərclənən məbləğ əvvəlki ilə nisbətən 11% artıb.Tender xərcləri bütün büdcə xərclərinin 10,2%-inə və ÜDM -in 3,6 %-inə çatdı.

Kiçik və orta müəssisələr dövlətdən 2,8 trilyon yuan (430 milyard dollar) dəyərində tender alıb.

Xərclərin, 2020-ci il ərzində Kovid-19 epidemiyasının təsiri altında iqtisadi canlanmaya, yoxsul bölgələri, kiçik biznesə dəstək verməyə və ətraf mühitə uyğun sənaye istehsalının inkişafına kömək etdiyi bildirilib. 

Müəllif:Aynur Qəniyeva