DÜNYA

01 Sentyabr

Amazon 55 min adamı işə götürəcək

Amazon.com -un baş direktoru Andy Jassy,yaxın aylar ərzində texnologiya və korporativ sahələrdə 55.000 adamı işə götürməyi planlaşdırdıqlarını açıqlayıb. 
Fins.az xəbər verir ki,iyul ayında CEO vəzifəsinə gəldikdən sonra ilk dəfə mətbuata açıqlama verən Andy Jassy, ​​pərakəndə satış, reklam və digər iş sahələrində tələbatı ödəmək üçün daha çox işçi qüvvəsinə ehtiyac olduğunu bildirib. Jassy, ​​55 min işə götürənin 40,000 -dən çoxunun ABŞ -da, qalanlarının Hindistan, Almaniya və Yaponiya kimi ölkələrdə olacağını bildirib.

Şirkətdən verilən açıqlamada, yeni işçilərlə birlikdə Amazon-un texnologiya və korporativ komandasında 20% artım olacağı bildirilib.