Norveçdəki alkoqollu içkilərin qiymətləri Avropada ən yüksək qiymətlər kimi qeydə alınıb. Bu Ölkədə qiymətlər Avropa İttifaqında alkoqollu içkilərin mövcud orta qiymətlərindən 151,2% yüksəkdir.
Fins.az xəbər verir ki,bu barədə bazar ertəsi Avropa Statistika Agentliyi Eurostat məlumat yayıb.
Mütəxəssislər 37 ölkənin məlumatlarını araşdırıb. Norveçdən sonra İslandiya (qiymətlər Aİ ortalamasından 139,4%yüksək), Finlandiya (92,7%), İrlandiya (80,7%) və İsveç (65,7%) gəlir. Ən ucuz spirtli içkilər Macarıstan (qiymət səviyyəsi AB ortalamasından 27,3%aşağı), Rumıniya (26,2%) və Bolqarıstan (19,5%) kimi ölkərdə qeydə alınıb.
Müəllif: Aynur Qəniyeva