DÜNYA

30 Avqust

Forbes: Bakalchuk ilk dəfə olaraq Rusiyanın ən varlı ailələri arasında birinci olub

Forbes jurnalına görə, Wildberries-in qurucuları olan Tatyana və Vladislav Bakalchuk, 13 milyard dollardan çox sərvəti ilə Rusiyada ən uğurlu sahibkar ailələr siyahısında birinci yeri tutub.

Fins.az xəbər verir ki,nəşrin internet saytından bazar ertəsi verilən rəqəmlərə görə, onların sərvəti bir il ərzində 16,1 milyard dollar artaraq 42,9 milyard dollara yüksəldi.

Forbes Bakalchuk ailəsinin sərvətini 13,1 milyard dollar olaraq qiymətləndirərək, onları Rusiyanın ən varlı ailələrinin reytinqində birinci yerə çıxarıb. Keçən il Forbes Wildberries-i 1 milyard dollar olaraq qiymətləndirib. Bakalchuk ailəsi gəlirlərini bir il ərzində 10 dəfədən çox artırıb.

Siyahıda ikinci yeri Gurievlər ailəsi ("Fosagro") tutub ki,  sərvətinin 6,9 milyard dollar olduğu, 1,8 milyard dollar artdığı bildilir. Üçüncü yeri Rotenberg ailəsi ("Mostotrest") tutub) hansı ki, keçən il bu reytinqin lideri idi. Onların ümumi sərvəti 500 milyon dollar artaraq 5,95 milyard dollara çatıb.

Müəllif: Aynur Qəniyeva