DÜNYA

30 Avqust

Qızıl ehtiyatı artdı

“890 min ton müəyyən edilmiş qızıl ehtiyatına malik olan Türkiyə bu il daha 10 şəhərdə qazıntı işlərinə başlayıb”.

Fins.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönmez açıqlayıb.

O bildirib ki, nazirlik hazırda Türkiyədə 84 qızıl mədəninin fəaliyyət göstərməsinə lisenziya verilib: “Qızıl kəşfiyyat işləri ləngimədən davam etdirilir. Adekvat kəşfiyyat işləri ilə sübut edilmiş, gələcəkdə detallı kəşfiyyat işləri ilə təxmin edilən ehtiyatımız 4 min 500 tondur.

1175 ton qızıl ehtiyatlarına kompleks metal ehtiyatları da daxil edildikdə, ümumi qızıl ehtiyatlarımız 1890 tondur”.

Fatih Dönmez daha 10 şəhərdə qazma işlərinə başlanıldığını da açıqlayıb: “Keçən il mineral kəşfiyyat işləri çərçivəsində Afyonkarahisar, Ankara, Antalya, Balıkesir, Çorum, Kırşehir və Samsunda çalışmalar davam edib. Bu il isə Antalya, Artvin, Eskişehir, Giresun, Isparta, Konya, Kütahya, Manisa, Ordu və Zonguldakda qızıl kəşfiyyat qazma işləri aparılır”.