ABŞ Prezidenti Co Bayden Əfqanıstanda baş verən son hadisələrə görə tam məsuliyyət daşıdığını bəyan edib.
Bu barədə “Fins.az” TASS-a istinadən xəbər verir.
“Mən son vaxtlar baş verən hər şeyə görə tam məsuliyyət daşıyıram”, - Ağ Evdə çıxış edən Bayden bəyan edib. Bu şəkildə ABŞ Prezidenti Kabil aeroportunun yaxınlığında baş vermiş partlayışlarda 12 ABŞ hərbçisinin həlak olması ilə bağlı məsuliyyətin onun üzərinə düşüb-düşməməsi barədə suala cavab verib.
Bayden vurğulayıb ki, ABŞ qoşunlarının avqustun 31-nə qədər Əfqanıstandan çıxarılması barədə qərarında qalır.
Cümə axşamı günü Kabil aeroportunun binası yaxınlığında iki partlayış törədilib. KİV-in son məlumatına görə, 12 ABŞ hərbçisi daxil olmaqla, azı 90 nəfər həlak olub.