DÜNYA

25 Avqust

ABŞ hökuməti  Huawei- yə lisenziya verdi 

ABŞ hökuməti  Huawei-in yüz milyonlarla dollarlıq avtomobil çipləri satmaq üçün lisenziya müraciətlərini təsdiqləyib. Bu barədə mənbələrə istinadən çərşənbə axşamı Reuters agentliyi məlumat yayıb.

Bu məlumatlara görə, lisenziyalar son bir neçə həftə və aylarda təsdiqlənib. Söhbət ekranlar və sensorlar istehsalı üçün lazım olan mikrosxemlərdən gedir

Huawei bir il yarımdan çoxdur ki, Çin şirkətinə qarşı sanksiyalar tətbiq edən ABŞ -ın ciddi təzyiqi altındadır. 17 may 2019-cu ildən etibarən ABŞ Ticarət Nazirliyi, milli təhlükəsizliyə təhdidlər səbəbiylə Huawei-ni qara siyahıya salıb, bu da şirkətin ABŞ-da yüksək texnologiyalı avadanlıq almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Sonradan bu şöbə, şirkətin mobil cihazları üçün şəbəkələri qorumaq və proqram yeniləmələrini təmin etmək hüququnu yeniləyən ümumi lisenziyanı verdi və sonra bir neçə dəfə yenilədi.

Müəllif:Aynur Qəniyeva