DÜNYA

25 Avqust

3,5 trilyon dollarlıq büdcə planı təsdiqlənib

ABŞ Nümayəndələr Palatası, ABŞ prezidenti Co Baydenin iqtisadi gündəmin əhəmiyyətli bir hissəsi olan 3,5 trilyon dollarlıq büdcə planını təsdiqləyib. 
Fins.az xəbər verir ki,Demokratik Partiyanın mötədil və mütərəqqi qanadı konsensus əldə etdikdən sonra, büdcə planı 212 əleyhinə 220 səslə qəbul edilib. 

Demokratların respublikaçıların dəstəyi olmadan büdcə qanun layihəsini yazması və təsdiq etməsi üçün yol açılsa da, Senatın keçən ay qəbul etdiyi 1 trilyon dollarlıq infrastruktur qanun layihəsinin sentyabrın 27 -dək səsverməyə çıxarılmasına qərar verilib. 

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, 3,5 trilyon dollarlıq büdcənin detallarını müəyyən etmək üçün Senatla birlikdə çalışacaqlarını açıqlayıb. 

Digər tərəfdən, ABŞ Prezidenti Bayden mətbuat konfransında Nümayəndələr Palatasının qərarından məmnunluğunu ifadə edib. 

Müəllif:Aynur Qəniyeva