ABŞ kəşfiyyatı Prezident Co Baydenə COVID-19-un mənşəyi haqqında məruzə təqdim edib, lakin məruzədə aydın nəticələr yoxdur.
“Fins.az” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti mənbələrinə istinadən bildirib.
Məlumata görə, məruzədə yeni növ koronavirusun mənşəyi, o cümlədən bu patogenin təbii proses zamanı heyvandan insana “tullanması” və ya Çin laboratoriyasından “qaçması” ilə bağlı konkret bir nəticəyə gəlinməyib.