Mərakeş Əlcəzair hakimiyyətinin krallıqla diplomatik əlaqələri kəsmək üçün avqustun 24-də qəbul etdiyi qərardan təəssüflənir.
Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin kommünikesində deyilir.
“Mərakeş Krallığı Əlcəzair hakimiyyətinin bu gündən etibarən Mərakeşlə diplomatik əlaqələri kəsməyə dair birtərəfli qərarını qəbul edib”, - XİN-də qeyd ediblər.
“Mərakeş əsassız, lakin - son həftələrdə müşahidə edilən eskalasiyanın məntiqini nəzərə alaraq - gözlənilən qərardan, həmçinin onun Əlcəzair xalqı üçün nəticələrinə görə təəssüflənir. Mərakeş qətiliklə onun əsasında duran yalan, hətta absurd bəhanələri rədd edir”, - kommünikedə deyilir.
Daha əvvəl Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ölkəsinin Mərakeşlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.