DÜNYA

24 Avqust

Almaniyada ildə 400 min immiqranta ehtiyacımız var

Almaniya Federal Məşğulluq Təşkilatının rəhbəri Detlef Scheele, Almaniyanın hər il 400.000 immiqranta ehtiyacı olduğunu bildirib.

Fins.az xəbər verir ki, Demoqrafik inkişafa görə, bu il potensial işçi sayının təxminən 150.000 azalacağını ifadə edən Scheele, "Bunun önümüzdəki illərdə daha dramatik ola biləcək"-deyə  xəbərdar edib 
Süddeutsche Zeitung-a verdiyi açıqlamada Scheele, Alman iş bazarında ixtisaslı kadrlara olan ehtiyacın hər keçən gün daha çox hiss olunduğuna diqqəti cəlb edərək, "İldə 400 min immiqranta ehtiyacımız var. Əvvəlki illərlə müqayisədə bu rəqəm daha çoxdur. Yaşlı və ya xəstə baxımı sahəsinə, kondisioner texniklərinə, logistika mütəxəssislərinə və akademiklərə ehtiyacımız var. " ifadəsini işlədib. 

Sığınacaq axtaran miqrantlarla işini qarışdırmamaq istəyən Scheele, "Bu humanitar bir mövzudur. Əfqanıstandan qaçqınlar gedərsə, Almaniya onları qəbul etmək üçün üzərinə düşəni etməlidir. Amma boşluqları doldurmaq mənim üçün vacibdir. əmək bazarında ". deyə vəziyyət barədə açıqlama verib.