DÜNYA

24 Avqust

İran Əfqanıstana maye yanacaq ixracını bərpa etdi

İran Əfqanıstana maye yanacaq ixracını bərpa edib.

Fins.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, “Taliban”ın istəyi ilə gerçəkləşdirilib.

“Taliban”ın İrandan alınan maye yanacaq tariflərini 70 faiz azaltmasından sonra İran Əfqanıstana maye yanacaq ixracını yenidən başlatdı”, - İran Neft, Qaz və Neft-kimya İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni vurğulayıb.

Hüseyni qeyd edib ki, Əfqanıstana maye yanacaq ixracı yenidən başlasa da, bəzi iranlı iş adamları bu ölkəyə ixracat məsələsində təmkinli davranırlar.

Xatırladaq ki, İran Əfqanıstanda baş verənlər fonunda avqustun 6-da bu ölkəyə maye yanacaq ixracatını dayandırmışdı.