DÜNYA

23 Avqust

İsrail: BioNTech-in 3 -cü dozası 4 qat daha çox qoruyur

İsrail Səhiyyə Nazirliyinin araşdırması, BioNTech-Pfizer tərəfindən hazırlanan Kovid-19 peyvəndinin üçüncü dozasının 60 yaşdan yuxarı insanlarda infeksiyaya və ağır xəstəliklərə qarşı əhəmiyyətli bir müdafiə təmin etdiyini ortaya qoyub. 

Fins.az xəbər verir ki,Səhiyyə Nazirliyi, BioNTech-Pfizer peyvəndinin üçüncü dozası olan 60 yaşdan yuxarı insanlar üzərində apardığı araşdırmanın bəzi nəticələrini ictimaiyyətlə paylaşıb. 

Nazirlikdən verilən açıqlamada, 60 yaşdan yuxarı insanlarda üçüncü dozanın vurulduqdan 10 gün sonra ikinci dozadan 4 qat daha çox infeksiyaya qarşı müdafiə təmin edildiyi bildirilib. 

Əlavə olaraq, eyni yaş qrupundakı insanların üçüncü dozasından 10 gün sonra xəstəliyi aradan qaldırmaq və ya xəstəxanaya yerləşdirilmə riskinin azaldığı və peyvəndin bu şərtlərə qarşı 5-6 qat daha çox müdafiə etdiyi qeyd olunub. 

Keçən ayın sonunda İsrail, 60 yaşdan yuxarı insanlara, 13 Avqustda 50 yaşdan yuxarılara və 20 Avqustda 40 yaşdan yuxarı insanlara peyvəndin üçüncü dozasını verməyə qərar verib. 

Bu yaş qruplarına əlavə olaraq, üçüncü doza tibb işçilərinə, müəllimlərə və hamilə qadınlara vurulmağa başlanılıb. 

Təxminən 9,3 milyon əhalisi olan İsraildə Baş nazir Naftali Bennett də daxil olmaqla 1 milyon 482 mindən çox insan BioNTech-Pfizer peyvəndinin üçüncü dozasını alıb. 

Müəllif:Aynur Qəniyeva