DÜNYA

23 Avqust

Ərdoğan Zelenskini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Prezidenti Vladimir Zelinski ilə telefonla danışıb.

Fins.az xəbər verir ki, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbərinə görə, V.Zelinski ilə telefon söhbətində Türkiyə prezidenti meşə yanğınlarında Ukraynanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Ərdoğan Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə həmkarını təbrik edib, ikitərəfli əlaqələrin inkişafından danışıb.

Liderlər regional məsələlərlə bağlı müzakirələr də aparıblar.