DÜNYA

18 Avqust

Ən böyük sərvət fondu 6 ayda 110 milyard dollar gəlir əldə edib

Dünyanın ən böyük sərvət fondu olan Norveç Sərvət Fondu, 2021 -ci ilin ilk 6 ayında 110 milyard dollar gəlir əldə edib/

Fins.az xəbər verir ki, Fond öz kapital qoyuluşlarından 14% gəlir əldə edib.
Həcminə görə dünyanın ən böyük sərvət fondu olan 1,4 trilyon dollarlıq Norveç Sərvət Fondu, ilin ilk altı ayında  9,4% nisbətində və ya 110 milyard dollar gəlir əldə edib.

Osloda yerləşən fond, səhm investisiyalarında 14 %, sabit gəlirli qiymətli kağızlar investisiyalarında isə 2 % itirib. Qeyri-dövlət daşınmaz əmlak investisiyaları isə fonda  4,6% gəlir gətirib. Bərpa olunan enerji infrastrukturu yatırımları isə 1,9% itirib. Ümumiyyətlə, fond bir göstərici olaraq təyin etdiyi gəlirlilik dərəcəsindən 28 baza bəndi yüksək gəlir əldə edib.

Fondun baş direktoru Nicolai Tangen, inflyasiyanın gəlir üçün ən böyük təhdid olduğunu, səhmlərin və istiqrazların kövrək olduğunu bildirib 

Tangen CEO olaraq, fond davamlı investisiyalara bağlılığını ifadə etməyə başlayıb. Fond, ekoloji, sosial və idarəetmə riskləri yaradan şirkətlərdən çıxmaq planını sürətləndirəcəyini bildirib. Fond eyni strategiya çərçivəsində inkişaf etməkdə olan ölkələrə investisiyaları azaltmağı da planlaşdırır.