DÜNYA

17 Avqust

Google cihazları baş mimikası ilə idarə etməyə imkan verən funksiya əlavə edib

Google şirkəti “Android 12” əməliyyat sisteminə cihazları baş mimikası ilə idarə etməyə imkan verən “Camera Switch” funksiyasını əlavə edib.

 "Camera Switch” gülmək, qaşları qaldırmaq və üzün sair ifadələrinə uyğun olaraq müxtəlif hərəkətləri təyin etməyə imkan verəcək. Onun vasitəsilə əsas ekrana keçmək, hər hansı tətbiqi açmaq, sürətli ayarlara və bildirişlərə baxmaq mümkün olacaq.

(c) “Report"