DÜNYA

17 Avqust

Yaponiya Əfqanıstandakı səfirliyini müvəqqəti bağlayıb

Yaponiyanın Əfqanıstandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirliyin bütün əməkdaşları BƏƏ-nin Dubay şəhərinə təxliyə olunub.

Yaponiyanın Kabildəki səfirliyinin fəaliyyətini bərpa edəcəyi tarix hələ məlum deyil.