“Kabildəki təxliyyə əməliyyatına dəstək olmaq məqsədilə Əfqanıstana əlavə 1000 əsgər göndərəcəyik”.
“Fins.az” xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi mətbuata açıqlamasında deyib.
O bildirib ki, Kabildəki amerikalıların və ABŞ-a dəstək olan əfqanların təxliyyəsinin təmin olunması məqsədilə ölkəyə əlavə min əsgər göndərmək qərarı alıblar:
“Tək məqsədimiz təxliyyə əməliyyatının təhlükəsiz bir şəkildə həyata keçirilməsidir. Bu qərarla ABŞ administrasiyasının təxliyyə üçün göndərdiyi əlavə hərbçi sayı altı minə çatır”.