Finlandiya qablaşdırma şirkəti Huhtamaki, Türk qablaşdırma istehsalçısı Elifi 412 milyon avroya satın alıb.Huhtamaki, qlobal istehlak malları markalarını tədarük edən və Türkiyə və Misirdə fəaliyyət göstərən qablaşdırma şirkəti Elif Holding -i satın almağa razılıq verib.
Müqavilənin məbləği 412 milyon avro olarağı açıqlanıb. 2020 -ci ildə Elifin xalis satışları təxminən 163 milyon avro olub və şirkətdə təxminən 1500 işçi çalışır. Müqaviləyə əsasən, Elif Huhtamaki -nin çevik qablaşdırma işi seqmentinin bir hissəsi olacaq.
Satınalmanın maliyyələşdirilməsini dəstəkləmək üçün Huhtamaki, Citi ilə 500 milyon dollarlıq maliyyələşdirmə müqaviləsi imzaladı.
Müəllif: Aynur Qəniyeva