DÜNYA

13 Avqust

Avropa Birliyində sənaye istehsalı AZALIB

Avrozonada sənaye istehsalı, yeni növ koronavirus (Kovid-19) tədbirlərinin yumşaldılması ilə iyun ayında əvvəlki aya nisbətən 0.3 faiz azalıb.

Fins.az xəbər verir ki, Avropa Statistika Bürosu (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozona üçün iyun ayı üçün mövsümi sənaye istehsalı məlumatlarını açıqlayıb. 

Buna görə, 19 subyektdən ibarət Avrozonada sənaye istehsalı may ayına nisbətən iyun ayında 0.3 %, 2020-ci ilin iyun ayına nisbətən isə 9.7% artıb. 

AB -də sənaye istehsalı iyun ayında bir əvvəlki ayla müqaisədə 0,2% azaldığı halda, ötən ilin eyni dövrünə nisbətən 10,5 artıb. 

Sözügedən dövrdə AB ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq azalma 4,4%lə İrlandiyada, 2,6 %-lə Portuqaliyada və 2,3 %-lə Danimarkada olub.

Ən yüksək artım 5,2 %-lə Maltada, 3,3 %-lə Hollandiyada və 3,2 %-lə Estoniyada müəyyən edilib.

Müəllif:Aynur Qəniyeva