DÜNYA

13 Avqust

Bill Qeyts bu bəlaya qarşı 1.5 milyard dollar ayırır

Milyarder Bill Qeytsə məxsus “Breakthrough Energy” fondu karbon qazının buraxılmasının azaldılmasına ABŞ hökuməti ilə birlikdə 1.5 milyard dollar ayıracaq.

Fins.az xəbər verir ki, milyarder bunu “Uol Strit Jurnal” nəşrinə açıqlamasında deyib.

Qeyts bildirib ki, ABŞ hökumətinin infrastrukturun inkişafı ilə bağlı 1.2 trilyon dollarlıq layihəni təsdiqləməsindən sonra “Breakthrough Energy” fondu 3 il ərzində istixana qazlarının buraxılmasının azaldılmasına pul xərcləyə bilər.