Belarus Qərbin gücləndirilmiş sanksiyalarından bəhanə kimi istifadə edərək Rusiyadan yardım istəyir.
Fins.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Andrey Suzdalçev deyib.
O bildirib ki, sanksiyalar Minski Moskva ilə daha da yaxınlaşdırmayacaq:
“Sonuncu sanksiylar öncəki sanksiyalarda olan “boşluqları” doldurdu. Sərt məhdudiyyətlərdir, mümkündür ki, 3-4 ay ərzində Belarus iqtisadiyyatına təsir etsin. Lakin Lukaşenko sakitdir, düşünür ki, nə etsə belə, Rusiya yardım edir. Rusiya puluna arxalanır”, - deyə Suzdalçev bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası bir neçə gün öncə Belarusa qarşı sanksiyaların sərtləşdirilməsi barədə qərar qəbul edib.