DÜNYA

06 Avqust

Neft Fondu Azəri-Çıraq-Günəşli və Şahdənizdən gəlirləri açıqlayıb-MƏBLƏĞ

Dövlət Neft Fondu 2001-ci ildən 01 Avqust 2021-ci il tarixinədək Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə152 milyard 308 milyon ABŞ dolları gəlir əldə edib.

Fins.az Fondun yaydığı məlumata istinadən xəbər verir ki,  01.01.2021-01.08.2021 dövründə (bu ilin 7 ayında) FOnd AÇG üzrə 2 milyard 903,2 milyon ABŞ dolları gəlir əldə edib.

2007-ci ildən etibarənŞahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər isə 3 milyard 738 milyon ABŞ dollarına çatıb (01.08.2021 tarixinə).

Şahdəniz yatağından (qaz və kondensat) 01.01.2021-01.08.2021 dövründə isə 70 milyon978 min ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından 57 milyon 131 min ABŞ dolları gəlir əldə edilib.