DÜNYA

06 Avqust

Valyuta ehtiyatları 494,8 milyard dollara çatan ölkə

Honq Konqun valyuta ehtiyatları bir ay ərzində 3,2 milyard dollar artaraq iyul ayının sonunda 494,8 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə cümə günü Çinin bu xüsusi inzibati bölgəsində mərkəzi bank olaraq xidmət göstərən Pul İdarəsi məlumat yayıb.

İdarə bildirib ki, hazırda Honq Konqun valyuta ehtiyatları onun ərazisində dövriyyədə olan pul kütləsindən altı dəfə çoxdur.

Hüquqşünas vakansiyalar

Honq Konq Asiyanın əsas beynəlxalq maliyyə mərkəzlərindən biridir. Honq Konq Çinin tərkibində olsa da, geniş muxtariyyət hüquqları ilə müstəqil pul siyasəti həyata keçirir. Keçmiş Britaniya anklavı valyuta ehtiyatlarının həcminə görə dünyada yeddinci yerdədir.

Adanın Mərkəzi Bankının verdiyi məlumata görə, eyni zamanda, başqa bir Çin ərazisinin - Tayvanın valyuta ehtiyatları iyul ayında 206 milyon dollar azalaraq 543.08 milyard dollara düşüb.