2020-ci ildə Çin fərdi mühafizə vasitələrinin ixracından 88,1 milyard dollar qazanıb
Fins.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3,8 dəfə çoxdur. Ən çox gəliri tibbi maskaların ixracı gətirib - 53,8 milyard dollar.
Məlumata görə, ixracın böyük hissəsi ABŞ və Avropanın payına düşür. ABŞ-a 24,6 milyard dollar, Avropaya isə 23,4 milyard dollar dəyərində fərdi mühafizə vasitəsi ixrac edilib.