DÜNYA

05 Avqust

Rusiyada ipotekanın yeni növü - TƏKLİF EDİLİB

Rusiyada mənzil biznesi ilə məşğul olan şirkətlər hökumətə ipotekanın yeni növünü təklif ediblər.

Fins.az  xəbər verir ki, yeniliyə əsaən iş yerləri kredit təşkilatlarına çevriləcək və əməkdaşlarına ipoteka krditi verəcəklər. Bunun üçün isə iş yerlərinə – yəni işçinin çalışdığı şirkətlərə kredit vermək icazəsi verilməlidir. Kreditin dərəcəsi isə müxtəlif amillərdən asılı olaraq fərqli ola bilər. Məsələn, bu işçinin yaxşı işləməsindən asılı olaraq dəyişə bilər. İşçi iş yerini tərk etdikdə isə kreditin faizi arta bilər. Məsələn ilkin olaraq illik 4-5%-lə verilən kredit, işçi işini tərk etdikdən sonra illik 6%-ə yüksələ bilər.

İpotekanın yeni növünü hökumətə daşınmaz əmlak sahəsində çalışan «Etaji» şirkəti təklif edib. Rieltorlar təklif edir ki, iş yerlərinə aşağı faizlə ipoteka krediti vermək icazəsi verilsin, alınan ev isə girov qoyulsun. Bununla da ölkədə ipotekanın alternativi yaranacaq və yaranan rəqabət nəticəsində faizlər də aşağı düşəcək. Şirkətlər isə işçilərin daha yaxşı çalışmasına nail olacaqlar