DÜNYA

04 Avqust

Rus raketlərindən ilham aldım - Mask

"Raptor"un raket mühərrikini yaradarkən digər şeylərlə yanaşı, Rusiyadakı araşdırmalardan ilham aldım.

Fins.az xəbər verir ki, bunu "Tesla"nın rəhbəri İlon Mask deyib.

"Dizaynın ən çətin olduğu yanlış düşüncəni ortadan qaldırmağa çalışıram. Dizayn çətin deyil. Rus raket mühərriklərinin dizaynını öyrənmək üçün çox vaxt sərf edirəm. Gözəl rus mühərrikləri var", - deyə Mask bildirib.