DÜNYA

28 İyul

iPhone satışları 50 faiz artıb

ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple şirkəti bu ilin aprel-iyun dövründə gəlirinin və xalis mənfəətinin artdığını açıqlayıb.

Fins.az Apple-ın yaydığı məlumata istinadən xəbər verir ki, aprel-iyun dövrünü balansında üçüncü rüb olaraq qəbul edən şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 36% artaraq 81,4 milyard dollara çatıb. Şirkət, keçən ilin aprel-iyun dövründə 59,7 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin keçən ilin aprel-iyun dövründə 11,3 milyard dollar olan xalis mənfəəti da bu ilin eyni dövründə 21,7 milyard dollara yüksələrək 93% artıb. Şirkətin bir səhmə düşən mənfəəti 0,65 dollardan 1,30 dollara qalxıb.

Apple-ın ağıllı telefon və planşet satışları da eyni dövrdə artıb. Söz mövzusu dövrdə iPhone satışları təxminən 50% artaraq 39,6 milyard dollara, iPad satışları da 12% artımla 7,4 milyard dollara yüksəlib.

Mac satışları da eyni dövrdə 16% artımla 8,2 milyard dollar olub.