DÜNYA

28 İyul

Tarixinin ən yüksək rüblük mənfəətini açıqlayacağı gözlənilir

iPhone və digər cihazlara olan güclü tələbin təsiri ilə Apple Inc şirkətinin maliyyə ilinin üçüncü rübündə rekord mənfəət əldə etdiyi gözlənilir.

Fins.az xəbər verir ki, analitiklər, Apple Inc şirkətinin İyunda sona çatan 3 aylıq dövrdə 17 milyard dollara yaxın xalis mənfəət əldə etdiyini nəzərdə tuturlar. Bu, şirkətin 45 illik tarixində əldə etdiyi ən yüksək rüblük mənfəət olacaq.

Üçüncü rübdə Aplle-ın cəmi gəlirlərinin (satışının) 23% artaraq 73 milyard dollar olduğu gözlənilir. iPhoe satışlarının 29% artaraq 34 milyard dollara çatdığı nəzərdə tutulur.