Fins.az Argentina Milli Statistika İnstitutunun məlumatına əsasən xəbər verir ki, cari ilin birinci yarısında ölkədə qiymətlər 25,3 faiz bahalaşıb.
İnstitutun hesabatında deyilir: “İstehlakçı qiymətlərinin ümumi indeksi 2021-ci ilin iyun ayında 3,2 faiz, ilk altı ayda inflyasiya 25,3 faiz olub”. Qiymətlər ən çox rabitə sahəsində artıb – 7 faiz. Qida məhsullarının dəyəri 3,2 faiz yüksəlib.
Qeyd edək ki, Argentina bir neçə ildir iqtisadi artım tempini bərpa edə bilmir və ən yüksək inflyasiya olan ölkələr sırasındadır. 2020-ci ilin sonunda bu rəqəm 36,1, 2019-cu ildə 53,8, 2018-ci ildə isə 47,6 faiz təşkil edib. Məlumatı TASS yayıb