DÜNYA

16 İyul

ABŞ, Honq Konqda fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq etdi

ABŞ, Honq Konqda fəaliyyət göstərən şirkətləri Çinin bölgədə gedərək artan nəzarətinin yaratdığı risklər mövzusunda xəbərdar etdi

ABŞ-ın Co Bayden (Joe Biden) hökuməti, Honq Konqda işləyən şirkətləri fəaliyyət riskləri mövzusunda xəbərdar edib.

"Bloomberg News" xəbər verir ki, bu risklər arasında xarici şirkətlərin Honq Konqda topladığı məlumatlara Çin hökumətinin çıxışının olması da yer alır.

Bayden hökuməti Honq Konqda olan bəzi Çin rəsmilərinə sanksiya tətbiq edə biləcəyi barədə xəbərdarlıq edilmişdi. Şirkətlər bu şəxslər ilə iş gördükləri vəziyyətdə ABŞ sanksiyalarının hədəfi olacaqlar.

Bayden rəhbərliyindən yüksək vəzifəli bir rəsmi, "Honq Konqda son illərdə baş verən proseslər beynəlxalq şirkətlər üçün etibar, iqtisadi və qanuni risklər meydana gətirir" deyib.