DÜNYA

14 İyul

Rusiyadan ABŞ-a: Planeti qorumaq üçün qərar verməliyik

Rusiya tərəfi ABŞ-a ətraf mühit, iqlim və təbiət məsələlərini əhatə edəcək vahid bir müqavilə imzalamağı təklif edir.

Fins.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü, BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisov deyib.

"Rusiya və ABŞ ən böyük təbii ehtiyatlara sahibdirlər. Ətraf mühiti nə qədər tez bərpa edə biləcəyimizi müəyyənləşdirə bilərik. Bu təşəbbüs nəzərdən keçiriləcək. ABŞ-la bu baxımdan ortaq bir narahatlığımız var", - Fetisov qeyd edib.

Fetisov iki ölkənin Arktika və Antarktidada maraqlarının kəsişdiyini söyləyib:

"Planetimizdə yaşayan insanları buz əriməsindən necə qoruya biləcəyimizə dair bir qərar verməliyik"