DÜNYA

13 İyul

Ərdoğan İsrailin yeni Prezidentilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin yeni Prezidenti Isaac Herzog ilə telefonda danışıb. 

Fins.az  Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata istinadən xəbər verirki, Ərdoğan, Herzogu vəzifəyə başlaması münasibətilə təbrik edib.

Türkiyə-İsrail əlaqələrinin, Orta Şərqin təhlükəsizliyi və sabitliyi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan, iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla müxtəlif sahələrdə yüksək bir əməkdaşlıq potensialı olduğunu qeyd edib.

Ərdoğan, qarşılıqlı ticarətin pandemiyaya baxmayaraq artdığın dilə gətirib. 

Bütün fikir ayrılıqlarına baxmayaraq təmas və dialoqun davam etdirilməsinə əhəmiyyət verdiyini qeyd edən Ərdoğan, Fələstin-İsrail münaqişəsinin, BMT qərarları çərçivəsində, iki dövlətli, daimi və əhatəli şəkildə həll edilməsinin beynəlxalq ictimaiyyətin gözləntisi olduğunu ifadə edib.

Ərdoğan, Fələstin-İsrail ixtilafının həllində atılacaq müsbət addımların, Türkiyə-İsrail əlaqələrinin müsbət məcrada inkişaf etməsinə kömək təmin edəcəyini vurğulayıb.