DÜNYA

12 İyul

Göydələnlərin inşası məhdudlaşdırılıb

Çində 500 metrdən yüksək olan hündürmərtəbəli binaların tikintisi qadağan edilib. Hündürlüyü 250 metrdən çox olan binaların inşası isə məhdudlaşdırılıb.

Rəsmi Pekin bu addımı təhlükəsizlik məqsədilə atdığını bəyan edib. Yüz metrdən hündür binaların inşasına isə yalnız o hallarda icazə verilir ki, həmin rayonlarda yanğının sürətlə söndürülməsi üçün bütün lazımi şərait olsun.

Qeyd olunur ki, dünyadakı super göydələnlərin yarısı Çindədir. Xəbəri “Sinxua” verib.