DÜNYA

12 İyul

İrana kiberhücumları MOSSAD həyata keçirir?

İrana edilən son hücumlar MOSSAD-la bağlıdır.

Fins.az xəbər verir ki, bunu İran parlamentinin xarici əlaqələr və müdafiə komissiyasının keçmiş rəhbəri Həşmətulla Falaxatpişeh deyib.

Onun sözlərinə görə, İranda heç kim bu problem üzərində ciddi düşünməyib.

Komissiyanın eks-sədri İsraili İranın kəşfiyyat sferası və təhlükəsizlik məsələlərində rəqibi adlandırıb.

Qeyd edək ki, son bir neçə gündə İrana kiberhücumlar gerçəkləşib. Hücumlar nəticəsində İranın nəqliyyat sektorunda xaos yaranıb.