DÜNYA

07 İyul

Samsung satış nəticələri ilə bağlı proqnozlarını AÇIQLAYIB

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung bugün cari ilin 2-ci rübünün nəticələrinə dair proqnozlarını açıqlayıb.

Fins.az xəbər verir ki, şirkət satışların 19% artaraq, 63 trilyon Vona (56 milyard dollara) çatacağını proqnozlaşdırır. Rüblük əməliyyat mənfəəti isə son 3 ildə ən yaxşı göstəriciyə - 11 milyard dollara (53% artım) çatacaq.

Belə artımın əsas səbəbi qlobal çip bazarında tələbatın görünməmiş dərəcədə yüksəlməsidir. Hazırda müxtəlif təyinatlı mikrosxemlərin istehsalında dünya ikincisi olan Samsungun ən çox satdığı Dram çiplərinin qiyməti 27%, Nand çiplərinin dəyəri isə 8,6% artıb.

Çip satışlarının artmasına baxmayaraq, smartfon biznesinin gəliri nisbətən azalıb. Birinci rübdə 76 milyon ədəd smartfon satan Samsungun ikinci rübdəki göstəricisi 59 milyon ədəd olub. Yekun rəqəmlər iyulun 29-da açıqlanacaq.