DÜNYA

02 İyul

Lukaşenko Merkelə qarşı iddialar irəli sürməyə hazırlaşır

Belarus Prezidenti Aleksander Lukaşenko antiterror əməliyyatından sonra Almaniyanın kansleri Angela Merkelə qarşı iddialarla çıxış edəcəyini açıqlayıb. O, bu haqda dövlət mükafatlandırma mərasimində açıqlamasında deyib. 

Fins.az xəbər verir ki, Belarus liderinin sözləri BELTA xəbər agentliyi tərəfindən yayılıb.

Məlumata görə, Lukaşenko tədbirə gecikib və onun sözlərinə görə, ölkədə genişmiqyaslı antiterror əməliyyatı keçirildiyi üçün gecikməli olub. Prezident Belarusda "insanlara və obyektlərə qarşı” aksiyaların keçirildiyini bildirib.

"Bu gün ölkədə genişmiqyaslı antiterror əməliyyatı başa çatdı. Bizə elə gəlirdi ki, bizi iqtisadi cəhətdən boğacaqlar. Yox. Ölkə daxilində insanlara və obyektlərə qarşı terror daha geniş miqyasda davam edir”, - Lukaşenko deyib və yaxın gələcəkdə təfərrüatları açıqlayacağına söz verib.

Prezident ayrıca Almaniya səlahiyyətlilərinə - kansler Angela Merkelə iddialar irəli sürəcəyini açıqlayıb: 

"Bu gün əks-kəşfiyyat fəaliyyətinin bitməsindən sonra, artıq Almaniyanın Xarici İşlər naziri Heiko Maasa deyil, kanslerin özünə və bəzi Almaniya rəhbərliyinə iddialar irəli sürəcəyik. Bu barədə daha sonra danışacağam".