Alibaba həmtəsisçiləri Cek Ma və Joe Tsai, böyük kreditləri cəlb etmək üçün banklara 35 milyard dollar dəyərində səhm vəd edib.
Fins.az xəbər verir ki,hesabata görə, şirkət səhmlərinin girovu səhmlərin 5.8 faizinə nəzarət edən offşor şirkətlər tərəfindən həyata keçirilib.
Çinli milyarderlər Jack Ma və Joe Tsai, ticarət nəhəngi Alibaba-daki 35 milyard dollarlıq payları ilə kredit cəlb etmək üçün müqavilə imzalayıb.
Financial Times xəbər verir ki, UBS, Credit Suisse, Goldman Sachs və digər banklarla səhm girov müqaviləsindəki şirkət paylarının girovu, səhmlərin 5.8%-nə nəzarət edən offşor şirkətlər tərəfindən həyata keçirilib.
Səhm girov müqaviləsində banklar səhmləri kreditə təminat kimi qəbul edir, lakin səhmlərin mülkiyyətində heç bir dəyişiklik yoxdur. Bununla yanaşı, səhmlərin dəyəri müəyyən bir səviyyədən aşağı düşərsə, banklar girov tələb etmək hüququna malikdirlər.
Müəllif: Aynur Qəniyeva