DÜNYA

02 İyul

ABŞ-dan Rusiya ilə əlaqəli kiberhücum açıqlaması

ABŞ və İngiltərə təhlükəsizlik agentlikləri dövlət qurumları başda olmaqla, beynəlxalq enerji şirkətləri və digər böyük şirkətlərin kompüter proqramlarına kiberhücum üsulunun Rusiya tərəfindən istifadəsinə dair məlumat yayıb.

“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Milli Təhlükəsizlik Agentliyi tərəfindən yayımlanan bir sənəddə yüzlərlə dövlət qurumu, enerji şirkətləri və beynəlxalq miqyasda bir çox şirkətin bulud xidmətlərinə girmək üçün istifadə edilən “güc tətbiqi” metodunun rus kompüter hakerləri tərəfindən üstünlük verilən bir yol olduğunun aşkarlandığı bildirilib.

Tənzimləməyə görə, tatar, karaim və krımçak xalqları Ukraynanın yerli xalqı olaraq tanınacaq.

Ölkədə yaşayan ruslar isə Ukrayna sərhədlərindən kənarda dövlətə malik olduqları üçün yerli xalq olaraq qəbul edilməyəcək.

Yerli xalqların assimilyasiya, etnik köklərinin, mədəni dəyərlərinin məhv edilməsi, zorla yurdlarından çıxarılmaları və köçürülmələrinə qarşı hüquqları təmin ediləcək.

Ukraynanın yerli xalqlarının mədəniyyət, təhsil, dil və məlumat əldə etmək hüquqları zəmanət altında olacaq.

Yerli xalqlar öz təhsil qurumlarını formalaşdıra biləcək, ya da digər təhsil qurumları ilə dillərinin, tarixlərinin, mədəniyyətlərinin öyrədilməsi məqsədilə əməkdaşlıq edə biləcək.

Onlar özlərini təmsil edən orqanlar vasitəsilə öz media qurumlarını qurmaq hüququ qazanacaqlar.

Qeyd edilib ki, Krım tatarları 30 ildir bu qanunun qəbulunu gözləyirdi.