Ukrayna parlamentində Krım tatar türkləri, karaimlər və krımçakların ölkənin yerli xalqı olaraq qəbul edilməsini nəzərdə tutan tənzimləmə qanuniləşib.
“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin təklifi ilə parlamentin gündəminə gətirilən “Ukraynanın yerli xalqları qanun layihəsi” ümumi iclasda səsverməyə qoyulub.
Layihə səsverməyə qatılan 345 millət vəkilindən 325-nin dəstəyi ilə qəbul edilib.