“ABŞ-ın məqsədi Rusiya ilə daha stabil və planlaşdırılabilən əlaqələrə doğru irəliləməkdir”.
“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinin Qara dənizdə ingilis döyüş gəmisi ilə bağlı hadisəyə ABŞ-ın da qarışması barədə açıqlasına münasibət bildirərkən deyib.
O, “ABŞ İngiltərə gəmisi ilə koordinasiyalı işləyirdimi və bu, Putinin dediyi kimi, bir təxribat idimi?” sualına “Əlimdə bununla bağlı məlumat verə biləcəyim, ya da təsdiqləyə biləcəyim heç bir şey yoxdur”, - deyib.