DÜNYA

29 İyun

Tarixində ilk dəfə 1 trilyon dollar!

Dünən qlobal bazarda daha bir rekord yaşanıb. Dünyanın ən iri sosial şəbəkəsi, aylıq istifadəçi sayı 1 milyarda çatan Facebookun bazar dəyəri tarixində ilk dəfə 1 trilyon dollarlıq həddi keçib.

Fins.az xəbər verir ki, bununla da, Facebook digər texnoloji nəhənglər - Apple, Microsoft, Amazon və Google-un ana şirkəti Alphabet-dən sonra dünyada ən böyük bazar dəyərinə sahib 5-ci şirkətə çevrilib.

Xatırladaq ki, bu 5 şirkətin hamısı Amerikan iqtisadiyyatının yetirmələridir. Apple ilk dəfə 1 trilyonluq bazar dəyərinə 2018-ci ilin avqustunda çatmış, 2 trilyonluq həddi isə ötən ilin avqustunda aşmışdı. Amazon 2018-ci ilin sentyabrında, Alphabet isə 2020-ci ilin yanvarında 1 trilyonluq bazar dəyərini qazanıb. Microsoft ilk trilyona 2019-cu ilin iyununda çatıb. Cəmi bir həftə öncə - 22 iyun 2021-ci il tarixində isə Microsoftun bazar dəyəri 2 trilyon dolları keçib.

Facebook-un rekordunu yeniləməsi maraqlı bir vaxta təsadüf edib. Belə ki, ABŞ məhkəməsi həm də dünən Federal Ticarət Komitəsinin texnologiya nəhənginə qarşı qaldırdığı antiinhisar qanunvericiliyinin pozulması iddiasını rədd edib və əsaslı sübutlar təqdim olunmadığını bildirib. Xəbərin ardından səhmləri 4% bahalaşan Mark Zuckerbergin şirkəti öz tarixçəsinə yeni bir uğuru da əlavə edib.