DÜNYA

23 phrase_var_core.june

Hepsiburada-nın səhminin 11-13 dollardan satılacağı gözlənilir

Türkiyənin alış-veriş saytı "Hepsiburada"nın ABŞ-ın "Nasdaq" birjasında keçiriləcək səhmlərinin ilkin kütləvi yerləşdirilməsində (İPO) səhm qiymətinin 11-13 dollar ətrafında olacağı nəzərdə tutulur.

Fins.az xəbər verir ki, "Hepsiburada" "Nasdaq" birjasında 56,7 milyon ədəd səhmini satışa təqdim edəcək. Şirkət üçün səhm başına nəzərdə tutulan qiymət 11-13 dollar ətrafındadır.

Türkiyənin Sərmayə Bazarına nəzarət edən təşkilatı (SPK), Hepsiburada.com-un xaricdə İPO-suna May ayının sonunda icazə vermişdi.