Qızıl fyuçerslər həftəyə cümə günü itkilərin bir hissəsini bərpa edərək artımla başladı. Bundan əlavə olaraq, bazar iştirakçıları bu həftə FED iclasını gözləyirlər.
Fins.az xəbər verir ki, çərşənbə günü açıqlanacaq FED iclasının yekunları ilə yanaşı, həmin günü ABŞ prezidenti Baydenin Konqresdəki çıxışı və cümə axşamı günü açıqlanacaq ilk rüblük inkişaf göstəriciləri də diqqət mərkəzindədir.
Xəbərlərin qızıl və dolların qiymətlərində güclü təsir edəcəyi gözlənilir.