DÜNYA

27 Aprel

"Apple"-dan 430 milyard dollarlıq investisiya

ABŞ-ın texnologiya nəhənglərindən biri olan “Apple” ölkədəki investisiyalarını sürətləndirdiyini, yaxın 5 ildə 430 milyard dollar sərmayə qoymağı və 20 min insanı işlə təmin etməyi planlaşdırdığını açıqlayıb. 

Fins.az xəbər verir ki, şirkət birbaşa ölkə daxilində 2.7 milyon insanı işlətdiyinə işarə etməklə yanaşı, “Apple”-ın yalnız son 5 ildə 45 milyard dollar vergi ödəyərək, ABŞ-da ən böyük vergi ödəyicisi olduğu da qeyd edilib.