DÜNYA

11 Mart

ABŞ-ın kommersiya neft ehtiyatları kəskin artıb - RƏSMİ

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 13 798 min barel artaraq  498 403 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 816 min barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

© APA