DÜNYA

22 Dekabr

Pandemiyanın uzunmüddətli təsiri açıqlandı

Bakı 22 dekabr Fins.az

Credit Suisse COVID-19 Pandemiyasının uzunmüddətli təsirini açıqlayıb.

Pandemiya ondan əvvəl yaranmış dəyişikliklər və tendensiyalar üçün katalizatora çevrilib:

Qloballaşmada yavaşlama, həyatın rəqəmsallaşması, dövlətlərin genişlənməsi.

Pandemiyadan sonra dünya üçün "ləng" iqtisadi böyüməni, regional əlaqələrin güclənməsini və "kiçik şəhərlərin intibahını" proqnozlaşdırır.

Credit Suisse pandemiya zamanı və sonrasında izləniləcək on əsas tendensiyanı müəyyənləşdirdi. Bank bunları arasında inflyasiya və deflyasiya və dövlət gücünün artması risklərini də yazır. Bundan əlavə, qloballaşmada istehsalata və regional əlaqələrə yaxınlıq operativlikdən daha vacib olacaq, müşahidə və fərdi məlumatlar dövlətlərə və şirkətlərə "informasiya imperiyaları" olmağa imkan verəcək, uzaqdan iş uzun müddət standart olaraq qalacaq və insanlar maşınlar üzərində üstünlüklərini qorumaq üçün həyatları boyu yeni şeylər öyrənməli olacaqlar. hesabatda deyilir.