DÜNYA

22 Dekabr

Cari ilin 11 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 14,6 faiz azalıb

Bakı 22 dekabr Fins.az

Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 10202,4 milyon dollar təşkil edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz azdır.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Hesabat dövründə Gürcüstanın xarici ticarətində ixracın həcmi 3016,4 milyon dollar olub ki, bu da 2019-cu ilin 11 ayı ilə müqayisədə 11,3 faiz azdır. İdxalın həcmi isə 15,9 faiz azalaraq 7186,0 milyon dollar təşkil edib.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın xarici ticarətində 4169,5 milyon dollarlıq mənfi saldo yaranıb. (azertac)